Bank Of Baku

İsrail baş nazirinin müavini Aviqdor Libermanın Azərbaycana səfəri başlayıb

İsrail baş nazirinin müavini Aviqdor Libermanın Azərbaycana səfəri başlayıb
# 16 avqust 2007 08:18 (UTC +04:00)
APA-nın xəbərinə görə, qonaq Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra baş nazir Artur Rəsizadə ilə görüşə yollanacaq. Sonra o, iqtisadi inkişaf naziri Heydər Babayev, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və Milli Məclisin üzvləri ilə görüşəcək və prezident İlham Əliyev tərəfindən qəbul ediləcək. A. Liberman İçərişəhərlə tanış olduqdan sonra aşkenazilərin sinaqoqunda olacaq və səhər ibadətinə qatılacaq. Bu gün axşam o, İsrail Mədəniyyət Mərkəzinin yeni ofisinin açılışında iştirak edəcək. A. Liberman daha sonra Quba rayonuna gedərək Qırmızı qəsəbədə məskunlaşmış dağ yəhudiləri ilə görüşəcək. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR