Bank Of Baku

Azərbaycanın xarici işlər naziri Belçikanın Azərbaycandakı səfirini diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib

Azərbaycanın xarici işlər naziri Belçikanın Azərbaycandakı səfirini diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib
# 16 avqust 2007 09:35 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının Türkiyə və eyni zamanda Azərbaycandakı səfiri Mark Van Risselberqi diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla Belçika arasında ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində davam edən danışıqlar prosesi, ölkədəki sosial-iqtisadi inkişaf, regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələrinin təhlükəsizliyi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Nazir E.Məmmədyarov səfirə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb, iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR