Per Stankina: “Almaniya Azərbaycanın sərhədlərinə və ərazi bütövlüyünə hörmət edir”
- İki ölkənin qarşılıqlı əlaqələri çox yaxşı səviyyədədir və hər gün inkişaf edir. Ancaq hər şey daha yaxşı ola bilər və biz bunun üzərində çalışırıq. Almaniya səfirliyi Azərbaycanda müxtəlif sahələr üzrə çox fəal işləyir. Mən bu günlərdə Lənkəranda oldum, gələn həftə isə Gəncə və Xanlara gedəcəyəm. Bu yaxınlarda sənaye və energetika naziri Natiq Əliyevlə görüşdüm və biz bir sıra layihələrlə bağlı əməkdaşlığı, eləcə də Almaniya işgüzar dairələrinin oktyabr ayında Bakıya gözlənilən səfərini müzakirə etdik.
- İqtisadi sahədə Azərbaycan-Almaniyanın münasibətlərinin vəziyyətini necə qiymətləndirirsiniz?
- Münasibətlər çox fəaldır. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1 milyard avronu aşıb. Bu, çox pozitiv göstəricidir. Azərbaycan prezidenti İlham Əliyevin bu ilin əvvəlində Almaniyaya səfəri siyasi-iqtisadi əlaqələrin inkişafına yaxşı impuls verdi. Bu səfərdən sonra Almaniyadan üç iqtisadi nümayəndə heyəti bura gəldi, oktyabrda isə federal iqtisadiyyat nazirinin səfəri olacaq. Biz hər iki tərəf üçün çox faydalı olan biznes forumlar keçirmişik.
- Mədəni sahədə də əlaqələr fəal inkişaf etməkdədir.
- Elədir. Məsələn, gələn il Almaniyada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Almaniya tərəfi də tezliklə Azərbaycanda bir sıra mədəni tədbirlər keçirməyi planlaşdırır. Bir neçə həftə sonra biz Bakıda və Azərbaycanın regionlarında geniş sərgilər təşkil edəcəyik.
- Almaniya Avropa Birliyinin üzvüdür. Azərbaycanın nə vaxtsa bu təşkilata üzv olması mümkündürmü?
- Əlbəttə ki, mümkündür. On il əvvəl kim inanardı ki, Rumıniya və Bolqarıstan Avropa Birliyinin üzvü olacaq. 20 il əvvəl isə heç kim inanmazdı ki, Sovet İttifaqı nə vaxtsa dağılacaq. Ərazisi genişlənərsə, Avropa Birliyi bundan yalnız uda bilər. Ancaq hər bir ölkə öz gələcəyini özü müəyyənləşdirməlidir. Sizin ölkəniz bəyan edib ki, Qərb orientasiyalı siyasət yeritmək istəyir və Avropa dəyərlərinə hörmət edir. Azərbaycan hökuməti Avropa standartlarına yaxınlaşmaq istədiyini bildirib. Ona görə də Azərbaycanın nə vaxtsa AB-yə qoşulması mümkündür.
- Azərbaycan AB-yə qoşulmaq üçün konkret nə etməlidir?
- Hazırda Azərbaycan Avropa Birliyinə üzvlük üçün tələb olunan mövqedən uzaqdadır. Azərbaycan bu təşkilatın üzvü olmaq üçün çox addım atmalıdır - əlbəttə ki, demokratikləşmə sahəsində - amma bu, yeganə aspekt deyil. Azərbaycan 35 başlıq üzrə işləməyə başlamalıdır. Bu başlıqlar Avropa millətinin həyatının bütün sahələrini əhatə edir. Rumıniya və Bolqarıstan bu yolu keçib və proses 10-15 il davam edib. Mümkündür ki, digər ölkələrdə daha çox davam etsin.
- Bəzi ekspertlər ATƏT-in Minsk Qrupunun yarıtmaz fəaliyyətindən gileylənir və həmsədrlərin dəyişməsindən sonra vəziyyətin dəyişə biləcəyini deyirlər. Almaniya həmsədr olmaq təşəbbüsü ilə çıxış etmək istəyərmi?
- Təbii ki, yox. Minsk Qrupu çox fəal işləyir. Ancaq bu qrup siyasət yeridə bilməz, bununla Azərbaycan və Ermənistan prezidentləri məşğul olmalıdır. Minsk Qrupu prosesi yumşaltmaq üçün hər iki tərəflə danışmalı, təkliflər irəli sürməlidir. Qərarı isə hökumətlər verməlidir. Hər iki ölkə hökumətləri hələlik qərar qəbul etməyə hazır deyil. Almaniyanın Dağlıq Qarabağ məsələsində mövqeyinə gəldikdə isə, bu mövqe bir olub və olacaq biz Azərbaycanın sərhədləri və ərazi bütövlüyünə hörmət edirik.
- Tezliklə Bundestaq üzvləri Azərbaycana gələcək. Siz iki ölkənin parlamentlərarası münasibətlərini necə qiymətləndirirsiniz?
- Milli Məclislə Bundestaqın çox yaxın əlaqələri var. Tərəflər istər birbaşa, istərsə də beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri vasitəsilə birgə işləyir. Azərbaycana Almaniya parlamentindən iki nümayəndə heyəti gələcək. Birinci heyətin səfəri bu həftənin bazar günü, digərinin səfəri isə oktyabr ayında baş tutacaq. /APA/
Xarici siyasət
Bakıda Azərbaycan və Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilir
İslam İnkişaf Bankı Qrupunun Prezidenti: Azərbaycanın yenidənqurma və inkişaf səylərinə sadiqliyimizi bir daha təsdiqləyirik
Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə olunub
Ceyhun Bayramov Koreya xarici işlər nazirinin müavini ilə görüşüb
Xəbər Lenti
Ukrayna Moskvaya son iki ildə ən böyük dron hücumunu edib, 180 PUA vurulub
Neft Emalı Zavodunda yanğın söndürülüb - YENİLƏNİB-1
Prezident İlham Əliyev: Azərbaycanın daşımalar qovşağına çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik
Prezident: Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq
Taksi sürücülərinin qeydiyyatı zamanı məlumatların yoxlanılması avtomatlaşdırılır
Azərbaycanın Baş Qərargah rəisi Qazaxıstana işgüzar səfər edib
Azərbaycan Prezidenti: İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik
Bakıda Azərbaycan və Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilir
Qaxda 1 ton çətənə kolu məhv edilib
Prezident İlham Əliyev: İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır
APA TV-də XƏBƏRAPARAN - CANLI
İslam İnkişaf Bankı Qrupunun Prezidenti: Azərbaycanın yenidənqurma və inkişaf səylərinə sadiqliyimizi bir daha təsdiqləyirik
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Ötən dövr ərzində 980 əkiz, 39 üçəm doğulub
Rabitəbank İslam Ticarət Maliyyə Korporasiyası ilə 10 mln. dollarlıq saziş imzalayıb
Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycan Prezidenti: Biz infrastruktura çox böyük sərmayələr yatırırıq
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilir, Prezident İlham Əliyev çıxış edib - VİDEO - YENİLƏNİB-1 - FOTO
Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib
33 il beynəlxalq axtarışda olan şəxs Almaniyada həbs edilərək Azərbaycana gətirilib
Prezident: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir
Kriptobirjada son durum - "Bitcoin" ucuzlaşıb
Azərbaycan nefti 82.6 dollara ticarət olunur
Prezidentin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının iştirakçıları ilə ailə fotosu paylaşılıb
Dövlət başçısı: Azərbaycan təbii qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir
Avro, rubl və lirə ucuzlaşıb
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə olunub
Prezident İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
"NYMEX" birjasında təbii qazın dəyəri artıb
Dünya bazarlarında neft ucuzlaşıb
Bakıda sıxlıq müşahidə olunan yollar açıqlanıb
Reuters: Zelenskinin Trampla danışığından bir neçə saat sonra Kiyev raket hücumuna məruz qalıb
Bir neçə PUA Moskva Neft Emalı Zavoduna hücum edib
DÇ-2026: Özbəkistan Kolumbiyaya məğlub olub
Zelenski və Tramp arasında telefon danışığı baş tutub
Britaniyanın BBC telekanalı ixtisarlara başlayıb
ABŞ Prezidenti Avropada raketlərin lisenziyalı istehsalını təşkil etmək niyyətindədir
Dubaydakı göydələndə yanğın baş verib
DÇ-2026: Qana millisi Panama yığmasını məğlub edib
Tramp memorandumun imzalanmasından sonra neftin ucuzlaşdığını bildirib
Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar
Maxaçev yarımorta çəkidə çempionluq titulunu Qerri ilə döyüşdə müdafiə edəcək
Tramp: İranın ballistik raketlərə malik olmasının tam qadağan edilməsi ədalətsizlik olardı
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
Tramp: İsrail Livanda daha yumşaq davranmalıdır
Rütte NATO daxilində fikir ayrılıqlarını azaltmaq üçün ABŞ-a səfər edəcək
Merz: İsrail Yaxın Şərqdə gərginliyin mənbəyinə çevrilməməlidir
G7 ölkələri Ukraynada uzaqmənzilli raketlərin istehsalını nəzərdən keçirir