Bank Of Baku

Türkiyənin Azərbaycandakı səfiri Tovuz rayonunun Ermənistanla həmsərhəd kəndlərinə səfər edib

Türkiyənin Azərbaycandakı səfiri Tovuz rayonunun Ermənistanla həmsərhəd kəndlərinə səfər edib
# 17 avqust 2007 15:14 (UTC +04:00)
Bu gün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlu millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Tovuz rayonuna səfər edib. APA-nın qərb bürosunun məlumatına görə, səfir öncə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovla görüşüb. Görüşdə millət vəkilləri Qənirə Paşayeva və Nazim Məmmədov da iştirak edib. RİH başçısı Tofiq Zeynalov səfirə Tovuz rayonunun coğrafi mövqeyindən danışıb, türkiyəli iş adamlarının sərmayə yatırması üçün burada hər cür şərait olduğunu vurğulayıb. Öz növbəsində Q. Paşayeva Turan Moralı səfir olarkən Tovuz rayonunda Azərbaycan-Türkiyə qardaşlıq parkının salınması barədə razılıq əldə olunduğunu, lakin bu günədək inşa işlərinin aparılmadığını qeyd edərək, T. Zeynalovdan bu işin davam etdirilməsini xahiş edib. Səfir qardaşlıq parkında türk liderlərindən birinin büstünün qoyulmasını xahiş edib. Görüşün sonunda T. Zeynalov H. A. Qarslıoğluna saz hədiyyə edib.
Bundan sonra diplomat Tovuz rayon mərkəzindəki Şəhidlər Xiyabanını ziyarət edərək Hüseyniyyə məscidinə, Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Dövlət Muzeyinə, Tarix Diyarşünaslıq Muzeyinə baş çəkib. Səfir Tovuzun Ermənistanla həmsərhəd olan Ağdam, Əlibəyli və Haccalı kəndlərinə gedərək, yerli əhalinin vəziyyəti ilə maraqlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR