Bank Of Baku

Azərbaycanla Avropa Birliyi arasında imzalanan fəaliyyət planının icrasına dair müzakirə keçiriləcək

Azərbaycanla Avropa Birliyi arasında imzalanan fəaliyyət planının icrasına dair müzakirə keçiriləcək
# 18 avqust 2007 10:33 (UTC +04:00)
Bu barədə APA-ya Avropa Birliyinin xarici siyasət üzrə komissarlığından məlumat verilib. Azərbaycan nümayəndə heyətində xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadi inkişaf naziri Heydər Babayev və digər şəxslər olacaq. Müzakirələrdə Avropa Komissiyasının sədri Joze Manuel Barrozo da iştirak edəcək. Komissarlıqdan bildiriblər ki, fəaliyyət planının imzalanmasından bir ilə yaxın vaxt keçib və görüşdə məqsəd prosesdə əldə olunan uğurlar və qarşıya çıxan problemləri müzakirə etməkdir. Müzakirələrdə iqtisadi inkişaf, demokratiya və insan haqları məsələləri diqqət mərkəzində olacaq. Cari ildə Avropa Komissiyası üzvlərinin Azərbaycana səfəri də gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR