Bank Of Baku

İranın Azərbaycandakı səfiri: “İki ölkə arasında viza rejiminin sadələşdirilməsinə hazırıq”

İranın Azərbaycandakı səfiri: “İki ölkə arasında viza rejiminin sadələşdirilməsinə hazırıq”
# 20 avqust 2007 10:24 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Həmidi Zare deyib. Onun sözlərinə görə, Əhmədinejadın səfəri Azərbaycanla İran arasında siyasi, iqtisadi və mədəni əlaqələrin dərinləşdirilməsinə səbəb olacaq. N. H. Zare səfər çərçivəsində Hökumətlərarası Komissiyanın iclasının keçiriləcəyini də bildirib, amma imzalanacaq sənədlərin adlarını açıqlamayıb: “İki ölkə arasında viza rejiminin sadələşdirilməsi də səfər zamanı müzakirə olunacaq. Öz tərəfimizdən bəyan edirik ki, İran tərəfi buna hazırdır. Bu gün Xələf Xələfov bizimlə görüşündə bildirdi ki, Azərbaycan da viza rejiminin sadələşdirilməsinə hazırdır”. Səfir Azərbaycan Astarasından İran Astarasına dəmir yolu xəttinin çəkilməsinə də hazır olduqlarını bildirib: “Hələlik Azərbaycan tərəfi bu layihəyə razılığını bildirməyib. Ancaq güman edirəm ki, hər şey yaxşı olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR