APA-nın Türkiyə bürosunun məlumatına görə, toy mərasimində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Azərbaycanın Los-Ancelesdə baş konsulu Elin Süleymanov da iştirak edib. Toyda Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Türkiyənin xarici işlər naziri Abdulla Gül, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl və başqa tanınmışların təbrik məktubları da oxunub. Bu barədə isə Azərbaycan XİN-dən
APA-ya bildirilib. Məlumatda o da bildirilib ki, Azərbaycan XİN rəhbərinin Türkiyəyə səfəri yalnız toyda iştirak məqsədi daşıyıb və orada heç bir rəsmi görüş keçirilməyib. E. Məmmədyarov bu gün Bakıya qayıdır.
Ümumilikdə isə toya 300 nəfər qonaq dəvət olunub. Onların arasında Türkiyənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər, Türkiyə Ermənilərinin patriarxı II Mesrob, İstanbul Şişli bələdiyyə başqanı Mustafa Sarıgül və daha bir neçə tanınmış şəxs iştirak edib.
Toyun sonuna yaxın M. Brayzanın anası Carroll Brayzanın səhhətində problem yarandığı üçün həyat yoldaşı Kennet Brayza ilə birlikdə toydan tez ayrılıb. /
APA/