Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfiri Ağcabədiyə gedəcək

ABŞ-ın Azərbaycandakı səfiri Ağcabədiyə gedəcək
# 28 avqust 2007 14:45 (UTC +04:00)
ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ann Dersi avqustun 30-da Ağcabədi rayonuna səfər edəcək. Bu barədə APA-ya ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib. Ann Dersi səfər zamanı rayon rəhbərliyi ilə görüşəcək, məcburi köçkünlərin məskunlaşdığı “Taxtakörpü” qaçqın düşərgəsinə baş çəkəcək. O, düşərgədə Beynəlxalq Xilasetmə Komitəsinin vəsaiti hesabına inşa edilmiş hospitalın açılış mərasimində iştirak edəcək. Bundan başqa səfirin məcburi köçkünlərlə görüşü gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR