Bank Of Baku

Azərbaycanın diplomatik korpusu 700 nəfərdən ibarətdir

Azərbaycanın diplomatik korpusu 700 nəfərdən ibarətdir
# 29 avqust 2007 09:56 (UTC +04:00)
Azərbaycan diplomatiyasının tarixi rəsmən 9 iyul 1919-cu ildən başlayır. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyi Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə deyib. 9 iyulun Diplomatiya Günü elan olunmasına aydınlıq gətirən P. Mirzəzadə bildirib ki, arxivlərdə Azərbaycan Demokratik Respublikasının Xarici İşlər Nazirliyinə aid tapılmış ilk rəsmi sənəd məhz bu tarixdə qeydə alınmış nazirliyin müvəqqəti Əsasnaməsidir: “Diplomatiya Gününün müəyyən olunması ilə bağlı bir neçə təkliflər var idi - Osmanlı Türkiyəsi ilə bağlanan müqavilənin günü, Versal konfransının başlandığı gün, Antanta dövlətləri tərəfindən Azərbaycanın tanındığı gün və digərləri”. P. Mirzəzadənin sözlərinə görə, 1919-cu ildə Bakıda 16 xarici dövlətin o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib. XİN-in idarə rəisi hazırda bu sistemdə 700-ə yaxın diplomatın çalışdığını açıqlayıb. Onların 400-ü xaricdə, qalanları isə nazirliyin özündə çalışır. Azərbaycanın 53 ölkədə diplomatik nümayəndəliyinin fəaliyyət göstərdiyini söyləyən P. Mirzəzadə əlavə edib ki, bir sıra Cənubi Amerika və Afrika ölkəsində Azərbaycanın səfirlikləri açılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR