Elin Süleymanov: “Azərbaycan diasporu ABŞ-ın siyasi həyatında daha aktiv iştirak etməlidir”
- Qeyd etdiyiniz bölgədə yaşayan azərbaycanlıların sayı ilə əlaqədar heç bir hesabat aparılmır, bu səbəbdən konkret nə isə demək çətindir. ABŞ-da mütəmadi olaraq əhalinin siyahıya alınması prosesi gedir, lakin azərbaycanlılar bu prosesdə çox passiv iştirak edirlər. Digər tərəfdən azərbaycanlılardan çox az qismi əhalinin siyahıya alınması zamanı öz milliyyətini azərbaycanlı kimi göstərir. ABŞ-da azərbaycanlılar əsasən Vaşinqton, Nyu-York və Los-Ancelesdə toplu şəkildə məskunlaşıblar. Kaliforniyada azərbaycanlıların üç təşkilatı Şimali Kaliforniya Mədəniyyət Mərkəzi, Amerika-Azərbaycan Şurası və “Azərbaycan Ocağı” təşkilatı fəaliyyət göstərir. Bundan başqa bu ştatda Cənubi Azərbaycandan olan çoxlu sayda azərbaycanlı yaşayır. Onların əksəriyyəti özünü azərbaycanlı deyil, iranlı sayırlar. Biz buna qarşı çıxmırıq və separatçı ideyalarla çıxış etmirik, lakin yaxşı olardı ki, mədəniyyət məsələlərində, yaxud Dağlıq Qarabağ münaqişəsində onlardan hansısa formada dəstək alaq. ABŞ-da yaşayan azərbaycanlıların heç də hamısı bu ölkənin vətəndaşı deyil, onların çoxu Birləşmiş Ştatlarda “Green Card”la yaşayırlar.
- Los-Ancelesdə yaşayan azərbaycanlıların hansısa problemləri mövcuddurmu? Onların ermənilərlə problemləri yaranmır ki?
- Mövcud problemlər əsasən texniki xarakterlidir. Bizim vətəndaşlara çox zaman pasportu dəyişmək lazım olur, bu isə çox uzun prosesdir. Düzdür, bunlar həll olunan problemlərdir, lakin müəyyən əsəb tələb edir. Ermənilərə gəldikdə, isə onlar Kaliforniyada çoxdur. Elə şəhərlər var ki, əhalisinin əksəriyyətini ermənilər təşkil edir. Bizim diasporun onlara qarşı çıxmaq imkanı yoxdur diasporumuz gəncdir və siyasi dairələrdə zəif təmsil olunub. Bələdiyyə rəhbərliyində, ştat qurumlarında isə ermənilər kifayət qədər təmsil olunublar. Hesab edirəm ki, bizim diasporun nümayəndələri ABŞ-ın siyasi həyatında daha aktiv iştirak etməli, hətta Azərbaycana birbaşa aidiyyəti olmayan məsələlərdə - humanitar, ekoloji xarakterli aksiyalarda fəallıq nümayiş etdirməlidir. Biz öz diasporumuzdan daha böyük dəstək görmək istəyirik. Yeri gəlmişkən, Ermənistandan fərqli olaraq biz maliyyə dəstəyinə ehtiyac duymuruq, bizə sadəcə həmrəylik lazımdır.
- Erməni diasporu ilə toqquşmalar olurmu? Türk diasporu ilə münasibətlər hansı formada qurulub?
- Mən bunu toqquşmalar adlandırmazdım. Məsələn, belə hadisələrdən biri mayın 28-də olub. Həmin gün həm Azərbaycanda, həm də Ermənistanda Respublika günüdür. ABŞ-da isə bu gün Yadetmə Günü kimi qeyd olunur. Həmin gün azərbaycanlıların Şimali Kaliforniya Mədəniyyət Mərkəzinin açılışı oldu. Ermənilər mayın 28-də özlərinin, yaxud ABŞ-ın bayramını qeyd etmək əvəzinə, azərbaycanlıların tədbirinə qarşı aksiya keçirdilər. Məni təəccübləndirən məqamlardan biri ermənilərin aksiyada qaldırdığı plakatlarda Naxçıvana qarşı ərazi iddiaları üstünlük təşkil edirdi. Bu kimi problemlər həm də erməni diasporunu narahat etməlidir. Türk diasporuna gəlincə, demək istəyirəm ki, bu icma ilə, o cümlədən Türkiyənin Los-Ancelesdəki konsulluğu ilə sıx əlaqələrimiz mövcuddur. Biz onların, onlar isə bizim keçirdiyimiz tədbirlərdə aktiv iştirak edirlər. Biz həmişə bir-birimizi dəstəkləmişik. Bundan başqa bizim yəhudi icması ilə də yaxşı münasibətlərimiz var.
- Los-Ancelesdə Azərbaycanla bağlı hansısa iqtisadi, yaxud mədəni tədbirlər keçirilirmi?
- Əlbəttə. Məsələn, bu yaxınlarda Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi Los-Ancelesdə biznes-forum keçirdi. Azərbaycan Mədəniyyətinin Dostları Fondu isə yazıçı, publisist, politoloq Tomas Qoltsla görüş təşkil edib. Azərbaycanda səfərdə olmuş Karen Kobliç sentyabrın 8-də Los-Ancelesdə xalça sərgisi təşkil edəcək. Biz həmin tədbirə Azərbaycandan musiqiçilər göndərmək niyyətindəyik.
- Məşhur Silikon vadisi məhz ABŞ-ın Qərb sahillərində yerləşir. Orada fəaliyyət göstərən şirkətlər Azərbaycanla əməkdaşlıq etmək istəyirlərmi?
- Bəli, mən bu sahədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun aktiv fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. O, iki dəfə Kaliforniyada olub, San-Xose və Los-Ancelesdə görüşlər keçirib, CISCO, HP, Intell, Microsoft şirkətləri ilə danışıqlar aparıb. Hesab edirəm ki, bu danışıqlar məhsuldar əməkdaşlığa səbəb olacaq.
- Yerli mətbuatın Azərbaycana marağı hiss olunurmu?
- Əlbəttə, maraq var. Mən dəfələrlə yerli radiolara müsahibə vermişəm, bu günlərdə isə “Ontario” qəzetində müsahibəm dərc olunub. Jurnalistləri daha çox maraqlandıran Azərbaycanın İran və Rusiya ilə münasibətləri, Qəbələ radiolokasiya stansiyası məsələsi, İsraillə əməkdaşlıq, Azərbaycanda islam dini və s. məsələlərdir. /APA/
Xarici siyasət
Bakıda Azərbaycan və Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilib - FOTO - YENİLƏNİB
İslam İnkişaf Bankı Qrupunun Prezidenti: Azərbaycanın yenidənqurma və inkişaf səylərinə sadiqliyimizi bir daha təsdiqləyirik
Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə olunub
Ceyhun Bayramov Koreya xarici işlər nazirinin müavini ilə görüşüb
Xəbər Lenti
Prezident İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib
Sumqayıtda yeni tullantı sutəmizləyici qurğunun tikintisi üzrə kredit sazişi imzalanıb, Abşeronda su təchizatı ilə bağlı memorandum mübadilə olunub
Prezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib - FOTO
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb
Pentaqon rəhbəri NATO müttəfiqlərini İrana görə sərt tənqid edib, Avropadakı ABŞ qüvvələrinin yoxlanışı elan olunub
Bərdə Pambıq İstehsalı və Emalı Zavodunda yanğın-taktiki təlimi keçirilib
Osman Çelik: Sukuk Türkiyənin xarici maliyyələşdirmə strategiyasının mühüm hissəsinə çevrilib
Paşinyan Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasına qatılacaq
Sabah 38 dərəcə isti olacaq
Bakıda Azərbaycan və Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilib - FOTO - YENİLƏNİB
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin edilib
Leonid Brejnevin nəticəsi Ukraynada əsir düşüb
Gürcüstan XİN başçısı: Aİ yeni genişlənməyə hazır deyil
Ukrayna Moskvaya son iki ildə ən böyük dron hücumunu edib, 200-ə yaxın PUA vurulub - YENİLƏNİB
Yanvar-may aylarında əlilliyi olan 6700 şəxsə 281 min reabilitasiya vasitəsi verilib
Sabah ölkə üzrə pensiyalar ödəniləcək
DİM: I və IV qruplar üzrə qəbul imtahanının nəticələri gələn həftə elan ediləcək
Prezident: Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir
Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət edib
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - VİDEO - YENİLƏNİB-2 - FOTO
Yardımlıda xeyli narkotik bitki məhv edilib
Neft Emalı Zavodunda yanğın söndürülüb - YENİLƏNİB-1
Prezident İlham Əliyev: Azərbaycanın daşımalar qovşağına çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik
Prezident: Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq
Taksi sürücülərinin qeydiyyatı zamanı məlumatların yoxlanılması avtomatlaşdırılır
Azərbaycanın Baş Qərargah rəisi Qazaxıstana işgüzar səfər edib
Azərbaycan Prezidenti: İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik
Qaxda 1 ton çətənə kolu məhv edilib
Prezident İlham Əliyev: İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır
APA TV-də XƏBƏRAPARAN - CANLI
İslam İnkişaf Bankı Qrupunun Prezidenti: Azərbaycanın yenidənqurma və inkişaf səylərinə sadiqliyimizi bir daha təsdiqləyirik
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Ötən dövr ərzində 980 əkiz, 39 üçəm doğulub
Rabitəbank İslam Ticarət Maliyyə Korporasiyası ilə 10 mln. dollarlıq saziş imzalayıb
Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycan Prezidenti: Biz infrastruktura çox böyük sərmayələr yatırırıq
Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib
33 il beynəlxalq axtarışda olan şəxs Almaniyada həbs edilərək Azərbaycana gətirilib
Prezident: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir
Kriptobirjada son durum - "Bitcoin" ucuzlaşıb
Azərbaycan nefti 82.6 dollara ticarət olunur
Prezidentin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının iştirakçıları ilə ailə fotosu paylaşılıb
Dövlət başçısı: Azərbaycan təbii qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir
Avro, rubl və lirə ucuzlaşıb
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə olunub
Prezident İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
"NYMEX" birjasında təbii qazın dəyəri artıb
Dünya bazarlarında neft ucuzlaşıb