Bank Of Baku

Azərbaycanın Los-Ancelesdəki baş konsulu yerli televiziyanın qonağı olub

Azərbaycanın Los-Ancelesdəki baş konsulu yerli televiziyanın qonağı olub
# 05 oktyabr 2007 10:13 (UTC +04:00)
Oktyabrın 4-də Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Elin Süleymanov məşhur “Time Warner Cable” televiziyasının “Parallah Forum” verilişinin qonağı olub. APA-nın ABŞ bürosunun xəbərinə görə, 30 dəqiqə davam edən canlı efir zamanı baş konsul Los-Anceles şəhərinin tanınmış vəkili və ictimai xadimi, “Parallah Forum”un aparıcısı Li Alpertin Azərbaycanla bağlı suallarını cavablandırıb. E. Süleymanov Azərbaycanın müasir və dünyəvi müsəlman ölkəsi olmaqla yanaşı, ABŞ və İsrailin yaxın dostu olduğunu bildirib. O, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda qeyri-neft sektorunun, xüsusən yüksək texnologiyalar və kommunikasiya sahələrinin inkişafı barədə ətraflı danışıb. Bundan başqa, baş konsul qlobal enerji təhlükəsizliyi və terrorla mübarizəyə Azərbaycanın verdiyi töhfələri də qeyd edib. Aparıcı Li Alpert isə Azərbaycanın İraq, Əfqanıstan və Kosovoda sülhməramlı əməliyyatlarda iştirakının digər ölkələr üçün nümunə ola biləcəyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR