Bank Of Baku

Kyastutis Kudzmanas: “Azərbaycanla Litvanın energetika sahəsində əməkdaşlığı üçün yaxşı potensial var”

Kyastutis Kudzmanas: “Azərbaycanla Litvanın energetika sahəsində əməkdaşlığı üçün yaxşı potensial var”
# 05 oktyabr 2007 12:37 (UTC +04:00)
“Son zamanlar Azərbaycanla Litva arasında əməkdaşlıq aktiv mərhələyə keçib”. APA-nın məlumatına görə, bu fikirləri keçirdiyi mətbuat konfransında Litvanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Kyastutis Kudzmanas söyləyib. Onun sözlərinə görə, iki ölkənin energetika sahəsində əməkdaşlıq etməsi üçün yaxşı potensial mövcuddur. Səfir həmçinin Azərbaycanla Litvanın tikinti, nəqliyyat, kommunikasiya sahələrində əməkdaşlıq edə biləcəyini deyib. İki ölkə arasında ticarət dövriyyəsi həcminin 35 milyon dollara çatdığını deyən səfir ölkəsinin Azərbaycana məişət texnikası, bankomatlar ixrac etdiyini, ölkəmizdən Litvaya isə neft-kimya məhsulları ixrac olunduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR