Bank Of Baku

Belçikanın Azərbaycandakı yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib

Belçikanın Azərbaycandakı yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib
# 08 oktyabr 2007 15:52 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının ölkəmizə təyin olunmuş yeni səfiri Frank Qeerkensi qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Belçikanın Azərbaycanda səfirlik açmaq qərarının ikitərəfli əməkdaşlığın inkişafı üçün mühüm önəm daşıdığını bildirən qonaq, Azərbaycana bundan öncə də rəsmi nümayəndə heyəti tərkibində səfər etdiyini və səfərdən məmnun qaldığını diqqətə çatdırıb. Qafqazda yalnız Azərbaycanda Belçika səfirliyinin açıldığını və bu səfirliyin gələcəkdə Gürcüstan və Orta Asiya ölkələrini də kurasiya etməsi ehtimalının olduğunu söyləyib. Daha sonra Belçikadakı mövcud siyasi böhran haqda məlumat verən səfir koalision hökumətin yaradılmasının hələ də sona çatmadığını bildirib. Nazir Elmar Məmmədyarov Bakının bir sıra layihələrin mərkəz nöqtəsi olmasını nəzərə alaraq bu ideyanı dəstəkləyib, Azərbaycanın gündən-günə sürətlənən inkişafı barədə danışıb. Regional sabitlik və çiçəklənmənin tərəfdarı olaraq Azərbaycanın Ermənistanı yoxsul, inkişafdan geridə qalmış ölkə kimi görmək marağında olmadığını, əksinə təcavüzkar siyasətindən əl çəkərək və işğal olunmuş torpaqları geri qaytararaq, birgə regional inkişafa qoşulmasının bu ölkə üçün də faydalı olacağını bildirib. Görüşün sonunda səfir etimadnaməsinin surətini nazirə təqdim edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR