Bank Of Baku

Ann Dersi: “Konqresdə sabah müzakirəyə çıxarılacaq qanun layihəsinin qəbulu ABŞ-ın xarici siyasət kursunu dəyişdirməyəcək”

Ann Dersi: “Konqresdə sabah müzakirəyə çıxarılacaq qanun layihəsinin qəbulu ABŞ-ın xarici siyasət kursunu dəyişdirməyəcək”
# 09 oktyabr 2007 12:09 (UTC +04:00)
Sabah ABŞ Konqresində qondarma “erməni soyqırımı”nın tanınmasına həsr olunmuş qanun layihəsi müzakirəyə çıxarılacaq. APA-nın məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi təmsil etdiyi hökumətin bu qanun layihəsinin qəbuluna qarşı olduğunu deyib: “ABŞ administrasiyası bu layihənin qəbuluna qarşıdır. Qanun layihəsi qəbul olunsa belə, bu, yalnız Konqres tərəfindən qəbul olunmuş sənəd sayılacaq. Konqres isə hökumətdən ayrı olan bir strukturdur. Bu qanun layihəsi qəbul olunacağı təqdirdə ABŞ-ın xarici siyasət kursunun dəyişməsinə səbəb olmayacaq. ABŞ-ın sabiq dövlət katibləri də Konqresdə bu cür qanunun qəbuluna qarşı çıxıblar. Qeyd olunan problemin yeganə həll yolu xalqlar və tarixçilər arasında dialoqdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR