Bank Of Baku

ABŞ səfiri AMEA Əlyazmalar İnstitutunda olub

ABŞ səfiri AMEA Əlyazmalar İnstitutunda olub
# 09 oktyabr 2007 15:33 (UTC +04:00)
APA-nın məlumatına görə, səfir Əlyazmalar İnstitutunun direktoru Məmməd Adilovla görüşüb və qurumun mövcud durumu barədə fikir mübadiləsi aparıb. İnstitutda 15 min qədim əlyazmanın mühafizə olunduğunu deyən Məmməd Adilov rəhbərlik etdiyi qurumun ABŞ-ın analoji strukturları ilə əməkdaşlıq etmək istədiyini vurğulayıb. Görüşdə qeyd olunub ki, ABŞ-ın “Norman Pablir” təşkilatının AMEA Əlyazmalar İnstitutunun beynəlxalq bazara çıxışını təmin etmək üçün danışıqlar aparsa da, bu niyyət institutun valyuta hesabı olmadığından baş tutmayıb. Məmməd Adilov bildirib ki, ABŞ-ın əlyazmalar qorunan mərkəzlərində mövcud texnologiyaların tətbiqi ilə yaxından tanış olmaq üçün AMEA Əlyazmalar İnstitutunun 5 əməkdaşının bu ölkəyə ezam olunması məqsədəuyğun olardı. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR