Bank Of Baku

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycanın Baş Konsulluğu açılacaq

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycanın Baş Konsulluğu açılacaq
# 16 oktyabr 2007 08:36 (UTC +04:00)
Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycanın Baş Konsulluğu açılacaq. Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov APA-ya açıqlamasında bildirib ki, onun Sverdlovsk vilayət qubernatorluğu aparatının rəhbəri Aleksandr Levinlə görüşündə bu barədə müzakirə aparılıb. Görüşdə vilayətdə yaşayan Azərbaycan diasporasının nümayəndələri də iştirak edib. Ural dairəsində 400 mindən çox azərbaycanlının yaşadığını söyləyən Q. Osmanov deyib ki, hazırda Azərbaycanın bu ərazidəki baş konsulu vəzifəsinə namizədin razılaşdırılması ilə bağlı prosedur həyata keçirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR