Litva Seyminin komitə sədri Yustinas Karosas: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Avropa Parlamentində müzakirəsinə nail olmaq üçün səyləri gücləndirməlidir” - EKSKLÜZİV
- Biz bu səfərlər parlamentlərarası əlaqələri daha da aktivləşdirmək istəyirik. Çünki hesab edirəm ki, indiyə kimi bu əlaqələr səthi xarakter daşıyıb. Baxmayaraq ki, ölkələrimizin icraedici orqanları arasında əməkdaşlıq çoxdan inkişaf edib. Məsələn, son bir ayda Azərbaycan prezidenti iki dəfə Litvada səfərdə olub. Bizim dövlət başçılarımız Krakov sammiti çərçivəsində və Vilnüsdə keçirilən enerji forumunda dəfələrlə görüşüblər. Siyasətçilər olaraq biz də parlamentlərimiz arasında əlaqələri genişləndirmək istəyirik. Etiraf etmək lazımdır ki, icraedici strukturlardan fərqli olaraq bunun üçün parlamentarilərin imkanları o qədər də geniş deyil. Biz daha çox praktiki deyil, siyasi fəaliyyətlə məşğuluq, yəni, biz yalnız parlament fəaliyyəti, qanunların yaradılması sahəsində təcrübə mübadiləsi apara bilərik. Bundan başqa parlamentarlar qanunverici orqanını fəaliyyətinə aid olan təşkilatı məsələlərin həlli, müxalifətlə münasibətlərin qurulması, demokratik proseslərin inkişafı ilə daha çox məşğul olurlar.
- Azərbaycan və Litvanın parlamentləri arasında əlaqələrin inkişafı üçün Sizin konkret hansı təklifləriniz var?
- Səfərimiz zamanı biz situasiyanı öyrənməklə məşğul olduq. Əsas məqsədlərimizdən biri azərbaycanlı həmkarlarımızdan qanunverici orqanlar arasında əlaqələrin inkişafı üçün təkliflər almaq idi. Yəni, həmkarlarımız bizdən hansı formada kömək gözləyir, bu yardımı necə reallaşdırmaq olar kimi məsələləri bilmək istəyirdik. Biz Azərbaycan Milli Məclisinin üzvlərini Vilnüsə dəvət etmək niyyətindəyik. Hesab edirəm ki, orada biz daha konkret əməkdaşlıq formaları ətrafında müzakirələr apara biləcəyik. İndiki halda isə bizim məqsədimiz vəziyyətlə tanış olmaq idi. Unutmaq olmaz ki, bu Litva Seyminin üzvlərinin Azərbaycana cəmi ikinci səfəri idi. Səhv etmirəmsə, ilk belə səfər 2003-cü ildə baş tutub.
- Yəni, indiki halda yalnız əməkdaşlığını mümkün formaları axtarılır?
- Tamamilə haqlısınız. İndiki halda bizi ən çox maraqlandıran məsələ azərbaycanlı həmkarlarımızın əlaqələrin genişlənməsi üçün hansı təkliflərlə çıxış etməsidir.
- Litva bir çox beynəlxalq təşkilatların üzvüdür. Bu təşkilatlar çərçivəsində Azərbaycanla əməkdaşlıq necə gerçəkləşir?
- Biz beynəlxalq təşkilatlar səviyyəsində Azərbaycanla sıx əməkdaşlıq edirik. Yəni, ümumi problemlərin həllində bir-birimizə köməklik etmək üçün yaxşı imkanlar yaranıb. Məsələn, Bakıda olanda Litvanın ATƏT-ə sədrliyi ətrafında söhbət apardıq. Biz 2010-cu ildə bu təşkilata sədrlik etmək niyyətindəyik. Buna görə də, bizim üçün ATƏT-ə üzv bəzi dövlətlərin dəstəyi çox vacibdir. Və biz də azərbaycanlı həmkarlarımızdan bizim niyyətimizi dəstəkləməyi xahiş etdik. ATƏT-ə sədrlik həmin ölkə üçün bir çox üstünlüklər, o cümlədən qərarların qəbulunda geniş imkanlar yaradır. Bu mənada hesab edirəm ki, təkcə ATƏT çərçivəsində deyil, digər beynəlxalq təşkilatlarda da həmrəylik nümayiş etdirmək çox vacibdir.
- Həmrəyliyə gəldikdə, Azərbaycan taleyüklü məsələlərin həllində Litvanın dəstəyinə arxalana bilərmi? Məsələn, BMT-də postsovet məkanında “dondurulmuş münaqişələr”lə bağlı müzakirələrdə Litva Azərbaycana dəstək verəcəkmi?
- Biz mövcud münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıyıq və bu kontekstdə analoji mövqedən çıxış edən istənilən ölkəyə, o cümlədən, Azərbaycana dəstək verməyə hazırıq. Bundan başqa mən beynəlxalq təşkilatların spektrini genişləndirməklə qeyd olunan məsələnin lobbiləşdirilməsi prosesinin intensivləşdirilməsini çox vacib sayıram. Məsələn, Bakıda keçirdiyimiz görüşlər zamanı aydınlaşdırdıq ki, bu problem Avroparlamentdə də səthi olaraq lobbiləşdirilir. Baxmayaraq ki, bu təşkilat daha geniş imkanlara malikdir. Məsələn, bizim parlamentarların və Avropa İttifaqına yeni üzv qəbul olunmuş ölkələrdən olan həmkarlarımızın dəstəyi ilə Ermənistan-Azərbaycan münaqişəsi məsələsini Avropa Parlamentinin də müzakirəsinə çıxarmaq olar.
- Necə fikirləşirsiniz, bu münaqişənin Avropa Parlamentində müzakirəsi problemin həlli baxımından hansı nəticə verə bilər?
- Hesab edirəm ki, aktiv informativ iş aparmaq lazımdır. Ermənilərdən misal çəkmək istəyirəm, görün onlar “soyqırımı” problemi ilə necə aktiv məşğul olublar. Onlar bu mövzunu bütün beynəlxalq institutlardan keçərək lobbiləşdirilməsinə nail ola biliblər, nəticədə ortaya bəyannamələr, qətnamələr çıxıb. İndi isə türklərin ermənilərə qarşı “soyqırımı” həyata keçirməsi barədə fikirlər təbii ki, Türkiyəni qıcıqlandırır. Məncə, Dağlıq Qarabağ münaqişəsi, problemin mahiyyəti barədə daha çox informasiya işi aparmaq lazımdır. Məsələn, biz özümüz yalnız Bakıda keçirdiyimiz görüşlərdə münaqişənin əsl mahiyyəti haqqında daha geniş məlumat ala bildik. Hətta hər şeyə xəritədə belə baxdıq. Fikrimcə, aktiv informasiya dəstəyi, aktiv lobbiçilik fəaliyyəti ilə bu problemi daha geniş işıqlandırmaq olar.
- Sizcə, ATƏT bu problemin həlli vəzifəsini yerinə yetirə bilirmi?
- Hesab edirəm ki, bu təşkilatın fəaliyyəti daha çox humanitar xarakterlidir. Şəxsi qənaətimə görə, ATƏT problemlərin həllinə Avropa Parlamenti, yaxud BMT qədər güclü təsir etmək imkanına malik deyil.
- Sizcə, bu müstəvidə Avropa İttifaqı daha güclü etibarlı qurumdur?
- Təbii ki. Bu, belədir. Bu elə bir beynəlxalq institutdur ki, çıxardığı qərarlar Avropa ölkələrinin hamısı tərəfindən icra edilir.
- Qeyd etdiyiniz kimi, Litva Azərbaycanla müqayisədə beynəlxalq təşkilatlarda daha çox iş təcrübəsinə malikdir. Ölkəniz Azərbaycana demokratikləşmə proseslərində yardım edə bilərmi? Məsələn, gələn il ölkəmizdə prezident seçkiləri keçiriləcək...
- Təbii ki, əgər söhbət bizim seçki qanunvericiliyimiz, yaxud seçki sistemimizdən gedirsə, o zaman azərbaycanlı həmkarlarımız müraciət edəcəyi təqdirdə bu yardımı göstərməyə hazırıq.
- 2008-ci ildə keçiriləcək prezident seçkilərində Litvadan müşahidəçilər iştirak edəcəkmi?
- Təbii ki, bizə dəvət göndərsələr, seçkiləri müşahidə etməyə hazırıq. Və bu dəvətə görə də minnətdar olarıq. Bu sahədə bizim böyük təcrübəmiz var, müşahidəçilərimiz bu il Türkiyə və Ukraynada keçirilən seçkiləri müşahidə ediblər.
- Bakıda keçirdiyiniz görüşlərdə bu məsələ müzakirə olundumu?
- Yox, bu barədə danışmadıq.
- Görüşlərdə parlamentlərarası əlaqələrin genişləndirilməsindən başqa hansı məsələlər müzakirə olundu?
- Təbii ki, ilk növbədə iqtisadiyyatla bağlı məsələlər. Avropa alternativ enerji mənbələrinin tapılmasında maraqlıdır. Bu alternativlərdən biri Cənubi Qafqaz regionu ilə bağlıdır. Bu baxımdan biz son dərəcə mühüm əhəmiyyətə malik olan Odessa-Brodı-Plotsk layihəsinə toxunduq. Sizin sənaye və energetika naziriniz Natiq Əliyevin dediyi kimi, bu layihənin reallaşması üçün siyasi iradə mövcuddur. Buna görə də bizə kommersiya mahiyyətli texniki plana dair məsələlərin həlli qalıb. Hazırda bu layihənin texniki-iqtisadi əsaslandırılması işi gedir, bu iş başa çatdıqdan sonra konkret addımlar atılacaq. /APA/
Xarici siyasət
İslam İnkişaf Bankı Qrupunun Prezidenti: Azərbaycan real iqtisadi sıçrayış üçün hazır vəziyyətdədir
Bakıda Azərbaycan və Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilib - FOTO - YENİLƏNİB
İslam İnkişaf Bankı Qrupunun Prezidenti: Azərbaycanın yenidənqurma və inkişaf səylərinə sadiqliyimizi bir daha təsdiqləyirik
Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə olunub
Xəbər Lenti
İslam İnkişaf Bankı Qrupunun Prezidenti: Azərbaycan real iqtisadi sıçrayış üçün hazır vəziyyətdədir
FHN-in Aran Regional Mərkəzi təlim keçirib - VİDEO
Məhəmməd Əl-Casser: Azərbaycan transformasiya və tərəqqinin uğurlu nümunəsidir
İslam İnkişaf Bankının rəhbəri: Etimad böyük məsuliyyətdir
Namizəd Səfərovun məhkəməsi başlayıb
İsmail Kartal yenidən “Fənərbaxça”nın baş məşqçisi təyin olunub
Lukaşenko: Ukrayna ilə sərhəddə vəziyyət daha da gərginləşib, gücləndirilmiş rejimdə qorunmalıdır
Regional əlaqələrin gücləndirilməsində dövlət-özəl tərəfdaşlığının roluna dair sessiya keçirilib
Yay mövsümündə sürücülər nəyə diqqət etməlidir?
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
Prezident İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib
Sumqayıtda yeni tullantı sutəmizləyici qurğunun tikintisi üzrə kredit sazişi imzalanıb, Abşeronda su təchizatı ilə bağlı memorandum mübadilə olunub
Prezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib - FOTO
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb
Pentaqon rəhbəri NATO müttəfiqlərini İrana görə sərt tənqid edib, Avropadakı ABŞ qüvvələrinin yoxlanışı elan olunub
Bərdə Pambıq İstehsalı və Emalı Zavodunda yanğın-taktiki təlimi keçirilib
Osman Çelik: Sukuk Türkiyənin xarici maliyyələşdirmə strategiyasının mühüm hissəsinə çevrilib
Paşinyan Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasına qatılacaq
Sabah 38 dərəcə isti olacaq
Bakıda Azərbaycan və Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilib - FOTO - YENİLƏNİB
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin edilib
Leonid Brejnevin nəticəsi Ukraynada əsir düşüb
Gürcüstan XİN başçısı: Aİ yeni genişlənməyə hazır deyil
Ukrayna Moskvaya son iki ildə ən böyük dron hücumunu edib, 200-ə yaxın PUA vurulub - YENİLƏNİB
Yanvar-may aylarında əlilliyi olan 6700 şəxsə 281 min reabilitasiya vasitəsi verilib
Sabah ölkə üzrə pensiyalar ödəniləcək
DİM: I və IV qruplar üzrə qəbul imtahanının nəticələri gələn həftə elan ediləcək
Prezident: Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir
Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət edib
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - VİDEO - YENİLƏNİB-2 - FOTO
Yardımlıda xeyli narkotik bitki məhv edilib
Neft Emalı Zavodunda yanğın söndürülüb - YENİLƏNİB-1
Prezident İlham Əliyev: Azərbaycanın daşımalar qovşağına çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik
Prezident: Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq
Taksi sürücülərinin qeydiyyatı zamanı məlumatların yoxlanılması avtomatlaşdırılır
Azərbaycanın Baş Qərargah rəisi Qazaxıstana işgüzar səfər edib
Azərbaycan Prezidenti: İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik
Qaxda 1 ton çətənə kolu məhv edilib
Prezident İlham Əliyev: İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır
APA TV-də XƏBƏRAPARAN - CANLI
İslam İnkişaf Bankı Qrupunun Prezidenti: Azərbaycanın yenidənqurma və inkişaf səylərinə sadiqliyimizi bir daha təsdiqləyirik
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Ötən dövr ərzində 980 əkiz, 39 üçəm doğulub
Rabitəbank İslam Ticarət Maliyyə Korporasiyası ilə 10 mln. dollarlıq saziş imzalayıb
Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycan Prezidenti: Biz infrastruktura çox böyük sərmayələr yatırırıq
Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib
33 il beynəlxalq axtarışda olan şəxs Almaniyada həbs edilərək Azərbaycana gətirilib
Prezident: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir
Kriptobirjada son durum - "Bitcoin" ucuzlaşıb