Bank Of Baku

İsrail səfiri Lənkəran və Cəlilabadda səfərdə olub

İsrail səfiri Lənkəran və Cəlilabadda səfərdə olub
# 05 noyabr 2007 14:00 (UTC +04:00)
İsrailin Azərbaycandakı səfiri Artur Lenk Lənkəran və Cəlilabadda səfərdə olub. Səfirlikdən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Artur Lenk Lənkəran rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov və rayonun işgüzar dairələri ilə görüşüb. Səfir icra hakimiyyətinin başçısı ilə görüşdə İsraillə Lənkəran arasında, xüsusən də aqrobiznes və yüksək texnologiya infrastrukturu sahəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. O, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin cənub regionundakı nümayəndəliyinə baş çəkərək, Şeyxülislam Hacı Allahşükür Paşazadənin cənub regionunda səlahiyyətli nümayəndəsi Hacı Qəni Axundzadə ilə görüşüb. Görüş zamanı müsəlmanlarla yəhudilərin ümumi dəyərləri və müxtəlif etiqad sahibləri arasında tolerantlığın vacibliyi müzakirə olunub. Səfir dini liderə ivrit dilinə tərcümə olunmuş Quran hədiyyə edib. Səfir Lenk həmçinin Lənkəran Dövlət Universitetində olub, universitet rəhbərliyi, müəllim və tələbə heyəti ilə görüşüb. O, “İsrail və Azərbaycan: strateji və iqtisadi bağlılıq üçün imkanlar” mövzusunda mühazirə oxuyub, İsrail-Azərbaycan ikitərəfli əlaqələrinin gələcəyi haqda fikir mübadiləsi də daxil olmaqla canlı dialoq aparıb. Səfir Artur Lenk Cəlilabad rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov və rayonun Privolnoye kəndində yaşayan azsaylı yəhudi icması ilə görüşüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR