Bank Of Baku

Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev Meksika prezidenti ilə görüşüb

Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev Meksika prezidenti ilə görüşüb
# 06 noyabr 2007 08:35 (UTC +04:00)
Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev Meksika Birləşmiş Ştatlarına səfər edib. Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri İlqar Muxtarovun APA-nın ABŞ bürosuna verdiyi məlumata görə, Y. Əliyev Meksika prezidenti Felipe Kalderonla görüşüb. Görüşdə Y. Əliyev Azərbaycanın müstəqillik qazandıqdan bəri əldə etdiyi nailiyyətlər, regional və beynəlxalq enerji, nəqliyyat layihələrində oynadığı aparıcı roldan danışıb. Səfir ikitərəfli əməkdaşlığa ciddi marağın təzahürü kimi Azərbaycan rəhbərliyinin Meksikada səfirlik açmaq qərarını misal göstərib. F. Kalderon isə rəsmi Bakının bu qərarını alqışlayıb. Prezident ölkəsinin neft-qaz, xüsusən dənizdə hasilat sahəsində Azərbaycanla əməkdaşlığa böyük maraq göstərdiyini deyib. Y. Əliyev Meksika parlamenti, Xarici İşlər Nazirliyi, Diplomatik Akademiya, Energetika Nazirliyi, Təhsil Nazirliyi və “PEMEX” dövlət Neft Şirkətində də görüşlər keçirib. Daha sonra Mexikonun “Presidente İntercontinental” mehmanxanasında Azərbaycan səfiri adından ziyafət verilib. Ziyafətdə ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, nazirlik və digər dövlət qurumlarının təmsilçiləri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Qeyd edək ki, Yaşar Əliyev ABŞ-la yanaşı, həm də Azərbaycanın Meksikadakı səfiridir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR