Bank Of Baku

Yaponiyanın Azərbaycandakı səfiri Tadahiro Abe ölkə jurnalistləri ilə vida görüşü keçirib

Yaponiyanın Azərbaycandakı səfiri Tadahiro Abe ölkə jurnalistləri ilə vida görüşü keçirib
# 06 noyabr 2007 11:39 (UTC +04:00)
Bu gün Yaponiyanın Azərbaycandakı səfiri Tadahiro Abe ölkəmizdə diplomatik missiyasının başa çatması ilə əlaqədar mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, T. Abe Azərbaycanda 3 ildən artıq səfir kimi fəaliyyət göstərməkdən məmnun olduğunu bildirib: “İnanıram ki, Azərbaycanın gələcəyi çox xoşbəxt olacaq”. T. Abe Azərbaycanda diplomatik missiya yerinə yetirdiyi müddətdə ən mühüm hadisələr kimi Yaponiya ilə Azərbaycan arasında SSRİ dövründən qalmış müqavilələrin vərəsəliliyi barədə müzakirələrin başa çatmasını, 2007-ci ilin martında Azərbaycan prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Yaponiyaya səfərini, “Texniki əməkdaşlıq haqqında” sazişin imzalanmasını və birgə iqtisadi komissiyanın yenidən fəaliyyətə başlamasını qeyd edib. Yaponiya səfiri onun yerinə təyin olunacaq şəxsin kimliyinin müəyyənləşdirildiyini, amma hələlik adının açıqlanmadığını deyib: “Yeni səfir Bakıya noyabrın 20-dən sonra gələcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR