Bank Of Baku

Azərbaycan xarici işlər naziri Böyük Britaniyanın Xarici və İttifaq İşləri üzrə İdarəsinin Rusiya, Cənubi Qafqaz və Orta Asiya məsələləri üzrə bölməsinin rəhbərini qəbul edib

Azərbaycan xarici işlər naziri Böyük Britaniyanın Xarici və İttifaq İşləri üzrə İdarəsinin Rusiya, Cənubi Qafqaz və Orta Asiya məsələləri üzrə bölməsinin rəhbərini qəbul edib
# 09 noyabr 2007 17:08 (UTC +04:00)
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın Xarici və İttifaq İşləri üzrə İdarəsinin Rusiya, Cənubi Qafqaz və Orta Asiya məsələləri üzrə bölməsinin rəhbəri Maykl Daunportu qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, regiona mövcud vəziyyətlə yaxından tanış olmaq məqsədilə səfər etdiyini bildirən qonaq, Azərbaycanın regionda rolu, NATO-ya inteqrasiyası, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri ilə maraqlanıb.

Nazir E. Məmmədyarov Azərbaycanın davamlı inkişaf yolunu seçdiyini, bütün sahələrdə islahatların, tərəqqinin tədrici, mərhələ-mərhələ həyata keçirildiyini qeyd edərək, NATO ilə əməkdaşlığın davam etdirildiyini, FTƏP-ın ikinci mərhələsinin uğurla aparıldığını bildirib.
Münaqişənin nizamlanması məsələsinə toxunan nazir sülh danışıqlarının hazırkı durumu haqda məlumat verib.
Regional məsələlər, xüsusilə də Gürcüstanda baş vermiş son hadisələrlə bağlı geniş fikir mübadiləsi aparan tərəflər bu ölkədə sabitliyin tez bir zamanda bərpa olunmasının zəruriliyini qeyd ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR