Bank Of Baku

Tofiq Zülfqarov öz etimadnaməsini Estoniya prezidentinə təqdim edib

Tofiq Zülfqarov öz etimadnaməsini Estoniya prezidentinə təqdim edib
# 10 noyabr 2007 08:25 (UTC +04:00)
Səfirlikdən APA-ya verilən məlumata görə, etimadnamə təqdim olunduqdan sonra səfri və prezident Azərbaycan-Estoniya əlaqələrinin mövcud vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, Estoniya xarici işlər nazirinin Bakıya gözlənilən səfəri, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, Estoniya-GUAM münasibətləri, o cümlədən yaradılması nəzərdə tutulmuş “GUAM-ın dostları” qrupunda bu dövlətin iştirakı imkanları barədə ətraflı fikir mübadiləsi aparıblar. Səfir Tofiq Zülfüqarov Estoniya prezidentinə Azərbaycandakı ictimai-siyasi vəziyyət, ölkəmizin iqtisadi inkişafı və əldə olunmuş nailiyyətlər, neft və qaz kəmərlərinin fəaliyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun sabitliyi üçün yaratdığı təhlükə, ölkəmizin bölgənin digər dövlətləri ilə münasibətləri barədə ətraflı məlumat verib. Estoniyaya səfər çərçivəsində Tofiq Zülfüqarov həmçinin Estoniyanın xarici işlər naziri Urmas Paet, ölkə parlamentinin birinci vitse-prezidenti xanım Kristina Oyuland və digər rəsmi şəxslərlə görüşüb. Səfir həmçinin Estoniyada fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri ilə də görüş keçirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR