Bank Of Baku

Ann Dersi: “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həbsi bizdə müəyyən narazılıq doğurub”

Ann Dersi: “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həbsi bizdə müəyyən narazılıq doğurub”
# 12 noyabr 2007 12:40 (UTC +04:00)
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həbsi bizdə müəyyən narazılıq doğurub”. APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi deyib. A. Dersi bildirib ki, son aylar ərzində Azərbaycanda müxalifət mediasına qarşı təzyiqlər müşahidə olunur: “Belə bir görüntü yaranır ki, müstəqil və müxalifət mediasına qarşı kampaniya başlayıb. Bu kampaniyanın nəticələri çox pis ola bilər. Azad mətbuat demokratiyanın inkişafı üçün çox vacibdir. Azərbaycan həm güclü, həm də tam müstəqil dövlət ola bilər. Amma demokratiya və onun əsas şərtlərindən biri olan azad media bunun üçün çox vacibdir”.
A. Dersi Azərbaycanı başqa neft ölkələri ilə müqayisə edərək, onların taleyindən nəticə çıxarmağa çağırıb: “Biz başqa neft ölkələrində görmüşük ki, səmərəli şəkildə istifadə olunmur, mənimsənilir və dağıdılır. Azərbaycanda da bu cür olmasını istəmirik. Ona görə də istəyirik ki, ölkədə güclü media, güclü müxalifət, azad məhkəmə və insan hüquqları sistemi mövcud olsun. Mediaya qarşı təzyiqlər Azərbaycanı yalnız zəiflədir və ölkənin beynəlxalq imicinə zərbə vurur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR