Bank Of Baku

Elmar Məmmədyarov bir sıra ölkələrin Azərbaycanda akkreditə olunmuş yeni səfirlərini qəbul edib

Elmar Məmmədyarov bir sıra ölkələrin Azərbaycanda akkreditə olunmuş yeni səfirlərini qəbul edib
# 12 noyabr 2007 16:25 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Malayziya, Qana, Niderland Krallığı, Avstriya, Kot D”™İvuar və Fələstin Muxtariyyətinin eyni zamanda Azərbaycanda akkreditə olunmuş yeni səfirlərini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, öncə Malayziya səfiri Dato Saipul Anuar Abd Muini qəbul edən nazir Malayziyaya etdiyi rəsmi səfər zamanı aldığı müsbət təəssüratları xatırladaraq siyasi səviyyədə əməkdaşlığın irəlilədiyini, Azərbaycanın Malayziyada səfirliyinin açılmasının mühüm addım olduğunu, qarşı tərəfin də tez bir zamanda Azərbaycanda diplomatik nümayəndəlik açacağına ümid etdiyini bildirib. Səfir bu məsələnin diqqətdə olduğunu söyləyib.
Qana səfiri Edvard Apau Manteyi ilə görüşdə tərəflər beynəlxalq təşkilatlar daxilində qarşılıqlı əməkdaşlıqdan razı olduqlarını ifadə edərək ölkələr arasında təmasların yaradılması və genişləndirilməsinin zəruriliyini vurğulayıblar.
Niderland Krallığının səfiri Marsel Kurperşoyeki ilə görüşdə qonaq Azərbaycanın Niderlandda səfirliyinin fəaliyyətə başlamasının qarşılıqlı səfərlərin və təmasların artmasına müsbət təsir göstərəcəyini bildirib. O, Azərbaycanın dinamik inkişafını, Avropa Birliyi üçün əhəmiyyətini, enerji təhlükəsizliyində rolunu nəzərə alaraq Bakıda daimi diplomatik nümayəndəliyin açılması məsələsinin nəzərdən keçirildiyini deyib.
Avstriya səfiri Marius Kalliqarisi ilə görüşdə tərəflər ölkələr arasında getdikcə genişlənən və yeni müstəviyə keçən, siyasi, iqtisadi, enerji, humanitar sahələrdə irəliləyən əməkdaşlıq haqqında fikir mübadiləsi aparıb.
Kot D”™İvuarın səfiri Fanidi Qnyano Filiberi ilə görüşdə nazir E. Məmmədyarov Kot D”™İvuarın Azərbaycanda səfirinin təyin olunmasını ikitərəfli əlaqələrin qurulması üçün vacib addım adlandırıb.
Fələstin Muxtariyyətinin səfiri Əsəd Əbdəl Munem Əl-Əsədi ilə görüşdə qarşılıqlı əlaqələr və beynəlxalq təşkilatlar daxilində əməkdaşlıq yüksək qiymətləndirilib və bu əməkdaşlığın yeni səviyyəyə qaldırılmasının əhəmiyyəti vurğulanıb.
Görüşlərin sonunda səfirlər etimadnamələrinin surətlərini nazirə təqdim ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR