Bank Of Baku

İranın Azərbaycandakı səfiri: “Rusiya yükün İrana çatdırılması ilə bağlı öhdəlikləri yerinə yetirməlidir”

İranın Azərbaycandakı səfiri: “Rusiya yükün İrana çatdırılması ilə bağlı öhdəlikləri yerinə yetirməlidir”
# 25 aprel 2008 14:50 (UTC +04:00)
APA-nın məlumatına görə, İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare İran jurnalistlərinə açıqlamasında bildirib ki, avadanlıqlarla yüklənmiş avtoqatarı sərhəddən buraxmamaq barədə Bakının qərarı gömrük prosedurları ilə bağlıdır, texniki məsələdir. Səfir xatırladıb ki, İran İslam Respublikası ilə Azərbaycan arasında münasibətlər qədim tarixə malikdir.
Buşəhr AES-in inşasının baş podratçısının Rusiyanın “Atomstroyeksport” Qapalı Səhmdar Cəmiyyəti olduğunu xatırladan diplomat yükün həmin məhz şirkət tərəfindən göndərildiyini diqqətə çatdırıb: “Yükə həmin şirkət cavabdehdir və İrana çatdırılmasına dair öhdəliklərini yerinə yetirməlidir”.
Səfir yükün tamamilə qanuni olduğunu da qeyd edib.
Qeyd edək ki, Rusiyadan İrana göndərilən, İrandakı Buşəhr AES-in inşası üçün nəzərdə tutulmuş yük martın 29-da Azərbaycan-İran sərhədində saxlanılıb. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) yükün Nazirlər Kabinetinin 42 saylı qərarı ilə təsdiqlənmiş xüsusi məhsulların siyahısına daxil olduğunu bildirib. Eyni zamanda, Azərbaycan Nazirlər Kabinetinin 230 saylı qərarına uyğun olaraq, həmin malların ölkədən tranzit keçməsi üçün xüsusi icazə lazımdır.
Azərbaycan Xarici İşlər Nazirliyi də, öz növbəsində, Rusiyanın Azərbaycandakı səfirliyinə sorğu ünvanlayaraq yük barədə detallı məlumat istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR