Bank Of Baku

Liviya dövlət rəsmilərinin Azərbaycana səfərləri gözlənilir

Liviya dövlət rəsmilərinin Azərbaycana səfərləri gözlənilir
# 26 may 2008 10:00 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. “Azərbaycan-Liviya əlaqələri getdikcə dərinləşir. Liviyanın martın 14-də BMT-də Azərbaycanın lehinə qəbul olunmuş qətnaməni açıq surətdə dəstəkləməsini buna misal göstərmək olar”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Liviyadakı müvəqqəti işlər vəkili Elxan Kərimov deyib. O bildirib ki, fevral ayında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və ARDNŞ prezidenti Rövnəq Abdullayevin Liviyaya səfərlərindən sonra münasibətlər daha da intensivləşib: “Hazırda əlaqələrin hüquqi bazasının yaradılması üçün iş aparılır. Bununla bağlı Liviya dövlət rəsmilərinin Azərbaycana səfərləri gözlənilir. Hazırda həmin şəxslərin adları və səfər proqramları dəqiqləşdirilir”. E. Kərimov Liviyada Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə bağlı iri tədbirin keçiriləcəyini də söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR