Bank Of Baku

Əli Nağıyev: “Azərbaycan neftinin Belarusdan keçməklə Avropaya nəqli məsələsi müzakirə olunur”

Əli Nağıyev: “Azərbaycan neftinin Belarusdan keçməklə Avropaya nəqli məsələsi müzakirə olunur”
# 09 iyun 2008 11:50 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Belarus ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq genişlənir, qarşılıqlı ticarət dövriyyəsinin inkişaf dinamikası bunun həqiqət olduğunu göstərir”. APA-nın “Belta”ya istinadən yaydığı məlumata görə, bu fikirləri Belarus parlamentinin Nümayəndələr Palatasının sədri Vadim Popov bu gün Azərbaycanın bu ölkədəki səfiri Əli Nağıyevlə görüş zamanı deyib. Spiker qeyd edib ki, keçən il Belarusla Azərbaycan arasında ticarət dövriyyəsi 2006-cı il ilə müqayisədə 2,5 dəfə artaraq 89,7 milyon dollar təşkil edib. Bu ilin yanvar-mart aylarında bu rəqəm 25,4 milyon təşkil edərək, 2007-ci ilin analoji dövri ilə müqayisədə 1,8 dəfə artıb. İki ölkə arasında əlaqələri tənzimləyən 50 sənədin olduğunu deyən Vadim Popov Belarus və Azərbaycanın iş adamlarının birgə müəssisələr yaratmaq niyyətlərindən danışıb. Səfir Əli Nağıyev bildirib ki, Azərbaycanda Belarusda istehsal olunan tək maşınqayırma məhsullarına yox, həmdə yüngül sənaye, qida sənayesi məhsullarına böyük maraq var. Birgə layihələrdən danışan səfir bildirib ki, Belarus Azərbaycanda neft yataqlarının istismarı və neft hasilatında iştirak edəcək. Bundan başqa, Belarus vasitəsilə Azərbaycan neftinin Avropaya çatdırılması planlaşdırılıb. O əlavə edib ki, bu layihələr çətin və tez həll olunmayan prosesdir, amma artıq iş aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR