Bank Of Baku

Elmar Məmmədyarov Avstriya parlamentinin nümayəndə heyətini qəbul edib

Elmar Məmmədyarov Avstriya parlamentinin nümayəndə heyətini qəbul edib
# 18 iyun 2008 15:32 (UTC +04:00)
Bakı APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriya parlamentinin Cənubi Qafqaz və Orta Asiya parlamentlərarası dostluq qrupunun sədri Karl Öllinqerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan parlamentinin yaranmasının 90 illiyi ilə bağlı keçiriləcək beynəlxalq tədbirdə iştirak etmək məqsədilə Azərbaycana gələn nümayəndə heyətinin rəhbəri Cənubi Qafqazda mövcud münaqişələrin regional təhlükəsizliyə, inkişafa, əməkdaşlığa təhdid və əngəl olduğunu vurğulayaraq Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə maraqlanıb. E. Məmmədyarov isə Ermənistanın yürütdüyü təcavüzkar siyasəti öz müqəddəratını təyinetmə hüququ ilə pərdələməsinin yolverilməzliyini vurğulayaraq bunun beynəlxalq hüquqa və Avropa dəyərlərinə zidd olduğunu bildirib. Nazir deyib ki, yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən sonra regionun davamlı sabit inkişafı üçün birgə əməkdaşlıq mümkündür. Azərbaycanın etibarlı qonşuluq münasibətlərində maraqlı olduğunu söyləyən E. Məmmədyarov beynəlxalq ictimaiyyətin, xüsusilə Avropa institutlarının münaqişənin həllində və Ermənistan tərəfini təcavüzkar siyasətdən əl çəkməyə inandırmaqda böyük rol oynaya biləcəyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR