Bank Of Baku

Elmar Məmmədyarov Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunu qəbul edib

Elmar Məmmədyarov Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunu qəbul edib
# 18 iyun 2008 16:16 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Devid Smitin rəhbərliyi ilə Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunu qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Kanada və Azərbaycan arasında əlaqələrin inkişaf səviyyəsinin aşağı tempdə olduğunu bildirən nazir Elmar Məmmədyarov, Kanadanın ölkəmizdə səfirlik açmağa dəvət edib, Azərbaycanın regionda lider dövlət olması, həmçinin region və Orta Asiya ölkələri ilə əlaqələr baxımından mərkəz kimi rolunu önə çəkib. Kanadalı parlamentarilər Azərbaycanın iqtisadi cəhətdən dinamikliyi, sosial inkişafını və dünyəvi dövlət quruculuğunu yüksək qiymətləndirərək, Kanada ictimaiyyətinin ölkədə əldə olunan nailiyyətlər haqda məlumatlandırılmasına, Kanada şirkətlərinin ölkəmizdə biznes qurmağa marağının artırılmasına ehtiyac olduğunu vurğulayıblar. Nazir Elmar Məmmədyarov həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualları cavablandıraraq Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti barədə ətraflı məlumat verib. O bildirib ki, dənizə çıxışı olmayan və regional layihələrdən özünü məhrum etmiş Ermənistan üçün təcavüz siyasətindən əl çəkmək və regional əməkdaşlığa qatılmaq onun öz milli maraqlarına cavab verir. Görüşdə həmçinin enerji sahəsində təcrübə və texnologiya mübadiləsi, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, təhsil və digər istiqamətlərdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR