Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycan xalqını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.
APA-nın xəbərinə görə, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin “facebook” səhifəsində yayımlanan təbrikdə deyilir: “Əziz və hörmətli Azərbaycan xalqı. Sizi Yeni il və 31 dekabr – Dünya Azərbaycanlılarının həmrəyli günü münasibəti ilə ürəkdən təbrik edirəm. Sizə yeni ildə cansağlığı, işlərinizdə uğurlar və firəvanlıq arzulayıram. Yeni iliniz mübarək!”.