Prezident MDB-də malların mənşə ölkəsinin təyin edilməsi qaydalarına dair sazişdə dəyişiklikləri təsdiqləyib

Prezident MDB-də malların mənşə ölkəsinin təyin edilməsi qaydalarına dair sazişdə dəyişiklikləri təsdiqləyib
# 30 mart 2020 18:00 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

APA-nın məlumatına görə, Fərmanla “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə 2019-cu il mayın 31-də Aşqabad şəhərində Azərbaycan Respublikası Hökumətinin qeyd-şərtlə imzaladığı Protokol təsdiq edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görməsi tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR