Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti xanım Katerina Sakellaropuluya təbrik məktubu ünvanlayıb.
APA-nın məlumatına görə, məktubda deyilir:
"Hörmətli xanım Prezident, Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi yetirirəm. Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram".