Bank Of Baku

ABŞ səfiri Şəkidə olub - FOTO

ABŞ səfiri Şəkidə olub - FOTO
# 15 mart 2022 12:02 (UTC +04:00)

ABŞ səfiri Li Litzenberqer Şəkidə olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, ABŞ səfiri Litzenberqer Şəkiyə səfəri çərçivəsində ilk öncə Şəki Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə görüşüb.

Görüşdən sonra səfir Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında yerləşən Şəki Amerika guşəsinin açılış mərasimində iştirak edib. Səfir Litzenberqer yerli icma üçün müxtəlif təhsil və mədəniyyət imkanlarının mərkəzi olan Amerika guşəsinin əhəmiyyəti barədə qısa məlumat verib.

“Amerika guşələri və xalqlarımız arasında əlaqələrimiz Azərbaycan vətəndaşları ilə münasibətlərimizin təməl daşıdır. Burada görəcəyimiz iş – ingilis dili proqramları, gənclərin cəlb edilməsi, iş və təcrübə artırılması üzrə kurslar insanların həyatında müsbət fərq yaradacaq”, - səfir Litzenberqer çıxışında bildirib.

Səfir Şəkiyə səfəri zamanı ABŞ hökuməti mübadilə proqramlarının məzunları ilə də görüşüb. O, məzunların, ABŞ-da əldə etdikləri bilik və təcrübələrinin həm karyeralarında, həm də Amerika guşəsinə və Şəki icmasına necə kömək etdikləri barədə maraqlanıb.

Amerika Məkanı (American Spaces) proqramı Azərbaycan Dillər Universitetində yerləşən öndə olan Bakı Amerika Mərkəzi və Gəncə, Kürdəmir, Salyan, Xaçmazda yerləşən, hazırda Şəkidə, tezliklə isə Lənkəranda açılacaq Amerika güşələrini birləşdirir. Mərkəz və Guşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Maker Spacedə (Yaradıcılıq Məkanında) yüksək innovativ texnologiya layihələrində iştirak etmək imkanları yaradır. Guşələr, bacarıqların artırılması üzrə peşəkar proqramlar həmçinin, mühazirələr, ingilis dili danışıq klubları və hər bir icma numayəndəsi üçün təcrübələrinin artırılması üzrə peşəkar proqramlar təklif edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR