Bank Of Baku

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Avropada Təhsil” sərgisi keçirilir

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Avropada Təhsil” sərgisi keçirilir
# 25 oktyabr 2025 12:10 (UTC +04:00)

Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Avropada Təhsil” sərgisi keçirilir.

APA xəbər verir ki, sərgidə Avropanın 10 ölkəsini təmsil edən 30-dan çox universitet iştirak edir və və potensial tələbələrə təhsil imkanları barədə məlumat verilir.

Sərginin açılışında Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Mariyana Kuyundziç və Aİ-yə üzv ölkələrin səfirləri də iştirak ediblər.

25-26 oktyabr tarixlərində davam edəcək sərgi hər iki gün 10:00-18:00 saatları aralığında açıq olacaq.

“Hilton” otelin “Sevda” zalında keçiriləcək sərgidə təmənnasız olaraq təşkil olunacaq məlumat sessiyalarında Avropa universitetləri təhsil proqramlarını təqdim edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR