Bank Of Baku

Aİ səfiri: “Şərq Tərəfdaşlığı” ölkələrinin suverenliyini hər zaman dəstəkləmişik”

Peter Mixalko

© APA | Peter Mixalko

# 14 mart 2022 12:19 (UTC +04:00)

Ölkələrin ərazi bütövlüyü və suverenliyə dəstək Avropa İttifaqının (Aİ) prinsipial mövqeyidir.

APA xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib.

“Biz "Şərq Tərəfdaşlığı"na üzv ölkələrin ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi hər zaman bəyan etmişik.

Təhlükəsizlik zəmanətinə gəlincə, onu deyə bilərəm ki, Aİ bu ölkələrin dayanıqlı olması, özlərini müdafiə etməsi üçün yardım edir.

"Şərq Tərəfdaşlığı" münaqişələrin həllində birbaşa rol oynamasa da, bu məsələyə toxunur”, - səfir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR