Bank Of Baku

Aİ Şurasının Prezidenti Koşta Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Baş nazirin müavini Samir Şərifov

© APA | Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Baş nazirin müavini Samir Şərifov

# 11 mart 2026 15:06 (UTC +04:00)

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

APA xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanı Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.

***

14:43

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycana səfərə gəlib.

APA xəbər verir ki, o, bu barədə “X” hesabında bildirib.

Azərbaycanı Avropa İttifaqının əsas tərəfdaşı kimi xarakterizə edən Koşta Bakı ilə münasibətləri gücləndirdiklərini qeyd edib.

Koştanın sözlərinə görə, Aİ Azərbaycanla təhlükəsizlik, enerji, rəqəmsal texnologiyalar və nəqliyyat sahəsində əlaqələri daha da dərinləşdirməyə sadiqdir.

O, bu gün Bakıda Azərbaycan Prezidenti ilə görüşəcəyini də vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR