Bank Of Baku

Ankarada Xocalı soyqırımı abidəsi ucaldılıb  

Ankarada Xocalı soyqırımı abidəsi ucaldılıb  
# 25 fevral 2022 21:47 (UTC +04:00)

Türkiyənin paytaxtı Ankarada Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri baş tutub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə məlumatı Azərbaycanın Türkiyədəki səfirliyi yayıb.

Qeyd olunub ki, Türk dünyası meydanında keçirilən tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Keçiören Bələdiyyə Sədri Turqut Altınok, Ankara Universitetinin rektoru Necdət Ünüvar və AK Partiya Millət vəkili Yaşar Karadağ çıxış ediblər.

Səfir Rəşəd Məmmədov çıxışı zamanı Xocalı Soyqırımı kimi vəhşiliklərin bir daha təkrarlanmaması üçün bu soyqırımın xalqımız tərəfindən unudulmamasıını, dünya ictimai rəyi belə əməllərə qarşı daha həssas olmasının vacibliyini vurğulayıb.

Tədbir çərçivəsində soyqırım qurbanlarının xatirəsi yad edilib və Xocalı Abidəsinin açılışı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR