Bank Of Baku

Ararat Mirzoyan ABŞ dövlət katibinin müavini ilə "Tramp marşrutu"nu müzakirə edib

Ararat Mirzoyan ABŞ dövlət katibinin müavini ilə "Tramp marşrutu"nu müzakirə edib
# 17 noyabr 2025 14:18 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda səfərdə olan ABŞ dövlət katibinin müavini Elison Huker ilə görüşüb.

APA Ermənistan XİN-ə istinadən xəbər verir ki, tərəflər qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən enerji, infrastruktur, süni intellekt və investisiyaların stimullaşdırılması sahələrində əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını vurğulayıblar.

Ararat Mirzoyan ABŞ-ın davamlı sülhün möhkəmləndirilməsində daimi iştirakını məmnunluqla qeyd edib.

Tərəflərin "Tramp marşrutu"nu da müzakirə etdikləri bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR