Bank Of Baku

ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis Azərbaycana ilk rəsmi səfərinə başlayıb

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri İqnazio Kassis

© APA | ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri İqnazio Kassis

# 04 avqust 2026 06:54 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri İqnazio Kassis Azərbaycana ilk rəsmi səfərinə başladığını açıqlayıb.

APA xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.

Kassis bildirib ki, İsveçrə Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir və ticarət, innovasiya, iqtisadiyyat sahələrində əməkdaşlığı dərinləşdirməyi, eyni zamanda Cənubi Qafqazda dialoq, sülh, sabitlik və rifahın təşviqi istiqamətində fəaliyyəti gücləndirməyi hədəfləyir.

ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib ki, bu səfər daha geniş regional diplomatik təmasların başlanğıcıdır. Onun növbəti səfəri Türkmənistana olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR