Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni rəhbər təyin edilib

Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni rəhbər təyin edilib
# 24 may 2024 11:38 (UTC +04:00)

Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni rəhbər təyin edilib.

APA-nın xəbərinə görə, bu, parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” Milli Məclisin qərar layihəsində əksini tapıb.

Kəmaləddin Qafarovun işçi qrupunun rəhbəri təyin olunması təklif edilib. Qərar layihəsi 1 oxunuşda qəbul edilib.

Qeyd edək ki, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva olub. Qənirə Paşayeva 28 sentyabr 2023-cü il tarixdə vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR