Paşha Bank
Bank Of Baku

Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Avstriya Prezidenti Aleksander Van der Bellen və Səfir Kamil Xasiyev

© APA | Avstriya Prezidenti Aleksander Van der Bellen və Səfir Kamil Xasiyev

# 07 oktyabr 2026 19:28 (UTC +04:00)

Azərbaycanın Avstriya Respublikasında yeni təyin olunmuş səfiri Kamil Xasiyev etimadnaməsini Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellene təqdim edib.

APA xəbər verir ki, bu barədə Azərbaycanın Avstriya və Sloveniyadakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, təqdimetmə mərasimi Prezident iqamətgahının yerləşdiyi Hofburq sarayında keçirilib.

Səfir Kamil Xasiyev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Avstriya Prezidenti Aleksander Van der Bellene çatdırıb.

Təqdimetmə mərasimi Azərbaycan və Avstriyanın dövlət himnlərinin sədaları altında fəxri qarovul qarşısında keçidlə sona çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR