Bank Of Baku

Azərbaycan-Şri-Lanka münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan-Şri-Lanka münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə edilib
# 16 oktyabr 2026 15:34 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Herat ilə Bakıda görüşüb.

APA xəbər verir ki, görüşdə Azərbaycan-Şri Lanka ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Tərəflər siyasi dialoqun gücləndirilməsinin, müntəzəm nazirlərarası siyasi məsləhətləşmələrin davam etdirilməsinin, qarşılıqlı səfərlərin və müxtəlif səviyyələrdə təmasların artırılmasının vacibliyini vurğulayıblar.

Görüşdə ikitərəfli əməkdaşlığın şaxələndirilməsi imkanları, xüsusilə turizm, enerji, təhsil, humanitar mübadilə və xalqlar arasında əlaqələrin inkişafı müzakirə olunub.

Nazirlər tələbə mübadiləsinin genişləndirilməsi, təqaüd imkanlarının araşdırılması və diplomatların peşəkar hazırlığı sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

Həmçinin VII CICA Sammitinin nəticələri və Azərbaycanın 2024-2026-cı illərdə CICA-ya sədrliyi barədə fikir mübadiləsi aparılıb. Çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin, dialoq və qarşılıqlı anlaşmanın təşviqinin, eləcə də Asiyada etimadın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər Azərbaycan-Şri Lanka münasibətlərinin daha da inkişaf etdirilməsində və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsində ortaq marağı təsdiqləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR