Bank Of Baku

Azərbaycan–Ukrayna əməkdaşlığının mövcud gündəliyi müzakirə edilib

Azərbaycan–Ukrayna əməkdaşlığının mövcud gündəliyi müzakirə edilib
# 25 iyun 2026 16:48 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşada keçirilən Ukraynanın Bərpası Konfransı çərçivəsində Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan–Ukrayna əməkdaşlığının mövcud gündəliyi və gələcək perspektivləri müzakirə edilib.

“Tərəflər ticarət və investisiyalar da daxil olmaqla əməkdaşlığın daha da genişləndirilməsi, həmçinin enerji, infrastruktur və yenidənqurma sahələrində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Onlar həmçinin, humanitar təşəbbüsləri və iki ölkə arasında daha geniş əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Tərəflər Azərbaycan–Ukrayna arasında uzunmüddətli tərəfdaşlığın daha da inkişaf etdirilməsinə, eləcə də regional sabitlik, davamlı inkişaf və iqtisadi rifahın təşviqinə yönəlmiş səylərin dəstəklənməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər”, - məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR