Bank Of Baku

Azərbaycan və Gürcüstan arasında standartlaşdırma üzrə yeni saziş təsdiq ediləcək

Azərbaycan və Gürcüstan arasında standartlaşdırma üzrə yeni saziş təsdiq ediləcək
# 10 mart 2022 09:50 (UTC +04:00)

Azərbaycan və Gürcüstan arasında yeni standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq barədə saziş təsdiq ediləcək.

APA xəbər verir ki, bu, Milli Məclisin plenar iclasına tövsiyə edilən Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Bu saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların Tərəflər tərəfindən həyata keçirildiyi barədə son yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı gündən qüvvəyə minir. Bu Saziş 5 (beş) il müddətinə bağlanır və Tərəflərdən biri digər tərəfə bu sazişi ləğv etmək niyyətini diplomatik kanallar vasitəsilə yazılı şəkildə yuxarıda qeyd olunan müddətin bitməsindən ən geci 6 ay əvvəl bildirməzsə, avtomatik olaraq növbəti 5 illik müddətə uzadılır. Bu saziş qüvvəyə mindikdən sonra “Azərbaycan Hökuməti və Gürcüstan Hökuməti arasında standartlaşma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında” 1997-ci il 18 fevral tarixli Saziş qüvvədən düşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR