Martın 15-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) ilə Niderland Krallığının Xarici İşlər Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.
XİN-in Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Niderland tərəfindən isə bu ölkənin Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə baş direktoru Thijs van der Plas rəhbərlik ediblər.
Məsləhətləşmələr zamanı 2022-ci ilin aprel ayında Azərbaycan və Niderland arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinin qeyd olunacağı, bu müddət ərzində ölkələrimiz arasında münasibətlərin bütün sahələrində, o cümlədən siyasi, mədəni, humanitar sahələrdə inkişaf etdiyi bildirilib. Həmçinin, iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olunub və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. İkitərəfli ticari- iqtisadi əlaqələr üçün geniş potensial imkanların mövcud olduğu qeyd edilib.
Tərəflər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb və bu xüsusda, siyasi müstəvidə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.
X.Xələfov qarşı tərəfə 44 günlük Vətən müharibəsi və üçtərəfli bəyanatların imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası və orada həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.
Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eyni zamanda Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində X.Xələfov Niderland Krallığı Senatının xarici məsələlər, müdafiə və inkişafa yardım üzrə daimi komitəsinin sədri Ernest Bastiaan von Apeldoorn ilə görüş keçirib və iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinə dair müzakirələr aparıb.
Azərbaycan və Niderland XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Xarici siyasət
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Elnur Məmmədov Bakıda ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib
UN-Habitat-ın Azərbaycandakı ofisinin rəhbəri: Şərqi Zəngəzurda iki kəndin layihələndirilməsinə başlayacağıq - MÜSAHİBƏ
BMT rəsmisi: Şəffaflıq hesabatları bu ilin son günü təqdim ediləcək
Xəbər Lenti
NATO: Ukrayna üçün ABŞ silahlarının alınmasına 10 milyard dollardan çox vəsait ayrılıb
Zərdabda ağır qəza nəticəsində 5 nəfər yanaraq ölüb - YENİLƏNİB
İsveçrə Ukrayna danışıqlarınun yeni raunduna ev sahibliyi etməyə hazırdır
UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start verilib
KİV: ABŞ-ın İran tankerlərini vurması İranın dünən ABŞ gəmilərini hədəf almasına cavab olub
ABŞ Xarq adası yaxınlığında İrana aid neft tankerini vurub
İran ABŞ-ı neft tankerlərinə hücumdan çəkindirib
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
Gəncə prospektində elektrik transformatoru yanıb
Ukrayna Avropa İttifaqının ayırdığı kredit hesabına “Patriot”-lar üçün təxminən 1000 raket alacaq
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb - YENİLƏNİB
İsrail Britaniyanın qanunsuz yəhudi yaşayış məntəqələrinə qarşı tətbiq etdiyi sanksiyalara cavab verəcək
Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın olub - VİDEO - YENİLƏNİB 3
SEPAH: ABŞ ordusuna məxsus sualtı aparat Hörmüz boğazında ələ keçirilib
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
“Maarifçi”lər Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri ilə görüşüblər
Elnur Məmmədov Bakıda ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib
Suraxanıda 14 kq narkotik aşkarlanıb
Kreml: Putin və Tramp bir saat telefon danışığı aparıb
Minatəmizləmə fəaliyyətinə dair Tələblər təsdiqlənib
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu müəyyənləşib
“AzerGold”un təşkilatçılığı ilə keçirilən 7-ci səyyar tibbi müayinə aksiyasına yekun vurulub - VİDEO
Məhkəmə "Qazaxlı Alik"in oğlu Fuad Muradov barəsində qərar verib
Xocalıda fəaliyyət göstərən müəssisələrə mediatur təşkil olunub - FOTO
Azad edilmiş ərazilərdə idxal güzəştlərinin tətbiq olunduğu iqtisadi fəaliyyət sahələrinin dairəsi genişləndirilib
Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib
"Expressbank" Qusarın bütün ucqar kəndlərində birinciləri sevindirib
Azərbaycan ilə Əlcəzair arasında Birgə Komissiyanın ilk iclasına hazırlıq müzakirə edilib
Pensiyalar və müavinətlərin ödəniləcəyi tarix məlum olub
Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, məhkəməsi başlayır
NATO Baş katibi Aİ-nin Ukrayna üçün “Patriot” sistemləri ilə bağlı qərarını alqışlayıb
BMT rəsmisi: COP31-ə gedən yolda əsas çağırış iqlim ambisiyalarını real icraya çevirməkdir
Lin O’Grady: Azərbaycanda şəhərsalma sahəsində maliyyələşdirmə əsasən mərkəzləşdirilmiş qaydada həyata keçirilir
Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib
Bakıda ilk beynəlxalq etik haker konfransı keçiriləcək
“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb
Anar Əsədli barəsində qərar verilib
PAŞA Real Estate – FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - VİDEO
Dünya İqlim Fondunun baş icraçı direktoru: Transxəzər Yaşıl Enerji Dəhlizinə beynəlxalq səviyyədə güclü maraq var - MÜSAHİBƏ
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
Ağdaşda fövqəladə hallarda risklərin idarə olunması ilə bağlı tədbir keçirilib
İrəvan Aİİ-yə Rusiyanın Ermənistan məhsullarının idxalına qoyduğu məhdudiyyətlərdən şikayət verib
Abşeronda motoxuliqanlıq edən 30 sürücü saxlanılıb - VİDEO
Məhkəmə Ekspertlərinin Reyestri istifadəyə verilib
Avropa Azərbaycan Məktəbi şəhid övladının təhsil haqqını öz üzərinə götürüb - FOTO