Paşha Bank
Bank Of Baku

Azərbaycan XİN İspaniyaya başsağlığı verib

Azərbaycan XİN İspaniyaya başsağlığı verib
# 28 oktyabr 2026 18:41 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyaya başsağlığı verib.

APA xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

Azərbaycan XİN ölənlərin ailələrinə və yaxınlarına, habelə İspaniya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib.

“Biz bu faciədən əziyyət çəkənlərin hamısının yanındayıq və yaralılara tezliklə və tam sağalmalarını arzu edirik”, - paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün İspaniyada iki sürət qatarının toqquşması nəticəsində ən azı 64 nəfər ölüb, 179-dan çox insan yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR