Bank Of Baku

Azərbaycandan Ukraynaya enerji avadanlıqları göndərilib

Ukrayna səfiri Yuri Husyev

© APA | Ukrayna səfiri Yuri Husyev

# 20 fevral 2026 18:16 (UTC +04:00)

Azərbaycandan Ukraynaya enerji avadanlıqları göndərilib.

APA xəbər verir ki, bu barədə Ukrayna səfiri Yuri Husyev sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, müharibənin başlamasının ildönümü ərəfəsində Azərbaycandan 31 generator və ehtiyat sistemləri Ukraynaya göndərilib.

Diplomat qeyd edib ki, avadanlıqlar Ukrayna Fövqəladə Hallar Nazirliyinin bölmələrinə, Rusiya hücumlarından təsirlənən xəstəxanalara və bölgələrə təhvil veriləcək.

Husyev vurğulayıb ki, enerji avadanlıqları Ukraynanın xarici işlər naziri Andrey Sibiqa tərəfindən başladılan "Ukrayna üçün istilik" qlobal təşəbbüsü çərçivəsində göndərilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR