Bank Of Baku

Azərbaycandan Ukraynaya növbəti yardım yola salınıb - FOTO - YENİLƏNİB-1

Azərbaycandan Ukraynaya növbəti yardım yola salınıb  - FOTO  - YENİLƏNİB-1
# 12 mart 2022 13:23 (UTC +04:00)

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

TƏBİB-dən APA-ya verilən məlumata görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Ukrayna xalqına humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələri və tibbi sərf, eləcə də ərzaq və qida məhsullarından ibarət növbəti yardım yola salınıb.

Ümumi məbləği 5,5 milyon avrodan artıq olan 380 tonluq humanitar yardımın Polşanın Rjeşov hava limanına çatdırılması üçün ilk təyyarə 12 mart saat 09:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşüb. Yardımın daşınması məqsədilə gün ərzində növbəti uçuşların həyata keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə Azərbaycan tərəfindən Ukraynaya dərman vasitələri, tibbi sərf, cihaz və avadanlıqlardan ibarət 6 milyon avro məbləğində ilk humanitar yardım böhranın ilk günlərində 27 fevral tarixində göndərilib.

***

10:52

Bu gün Azərbaycandan Ukraynaya humanitar yardımın növbəti partiyası yola salınıb.

APA xəbər verir ki, ümumi kütləsi 380 ton olan yardım Kiyevə “Silkway”in yük təyyarəsi ilə çatdırılacaq.

***

08:14

Bu gün Azərbaycandan Ukraynaya humanitar yardımın növbəti partiyası yola salınacaq.

APA-nın Heydər Əliyev Beynəlxalq Hava Limanında olan əməkdaşının verdiyi məlumata görə, humanitar yardım əsasən qida məhsullarından, dərman və tibbi ləvazimatdan ibarətdir.

Ümumi kütləsi 380 ton olan yardım Kiyevə “Silkway”in yük təyyarəsi ilə çatdırılacaq.

Yükü yola salmağa gələn Ukrayna səfiri Vladislav Kanevski Azərbaycan Prezidentinə və xalqına təşəkkür edib. Diplomat bildirib ki, Azərbaycan hökuməti növbəti dəfə Ukrayna xalqına humanitar yardım göndərir.

Nərmin Murad

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR