Pandemiya dövründə Azərbaycan məsuliyyətli tərəfdaş qismində regional və qlobal səylərə töhfə verib.
APA-nın xəbərinə görə, bu barədə BMT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladanka Andreeeva deyib.
O bildirib ki, 30 il əvvəl Azərbaycan BMT-nin üzvü seçilib.
O, həmçinin 1992-ci ilin noyabrında BMT-nin Azərbaycandakı Nümayəndəliyinin açıldığını xatırladıb.
Diplomat bildirib ki 30 illik əməkdaşlığı qeyd etmək üçün bir illik kampaniya başladılır.
Sərgidə 100 fotoşəkilin sərgiləndiyini bildirən BMT rəsmi deyib ki bu fotolar Azərbaycan və BMT arasında əməkdaşlığın əsas məqamlarını özündə təcəssüm edir.
“Azərbaycan 30 ildə iqtisadi inkişafa və insan inkişafı baxımından diqqətəlayiq irəliləyiş əldə edib. Baxamayaraq ki, ölkəniz 1990-cı illərdə münaqişədən əziyyət çəkən bir ölkə idi. Azərbaycan ölkə daxili naliyyətlərlə yanaşı dayanıqlı inkişafa töhvə verib. BMT nizaməmizinə uyğun şəkildə prinsipləri dəstəkləyib təşkilatın güdəliyində fəal iştirak edib. 155 üzv ölkə tərəfindən Azərbaycanın BMT TŞ-nin 2 illik qeyri-daimi üzvü seçilməsi onun töhfələrinin beynəlxalq səviyyədə tanınması və qiymətləndirilmısi idi.
Pandemiya dövründə Azərbaycan məsuliyyətli tərəfdaş qismində regional və qlobal səylərə töhfə verib. Qoşulmamam Hərəkatının sədri olaraq Azərbaycan BMT Baş Assambleyasının xüsusi sessiyasının keçiilməsi təşəbbüsünü irəli sürdü. Son 30 ildə BMT və Azərbaycan arasında tərəfdaşlıq yardım, dəstək əsaslı münasibətlərdan tərəfdaşlar arasında münasibətlər səviyyəsinə çatıb.
Biz Azərbaycanın post pandemiya və post münaqişə dövründə ona dəstək verməyə davam edəcəyik”.