Bank Of Baku

Bakı Forumu çərçivəsində sonuncu panel keçirilib

Bakı Forumu çərçivəsində sonuncu panel keçirilib
# 16 mart 2019 16:12 (UTC +04:00)

VII Qlobal Bakı Forumu çərçivəsində sonuncu – “Müttəfiqlərin gələcəyi və onların arxasındakı motivasiya” mövzusunda panel keçirilib.

ONA-nın xəbərinə görə, Latviyanın sabiq prezidenti Valdis Zatlers bildirib ki, qarşılıqlı mənfəətlər üçün siyasi və hərbi ittifaqların yaradılması qədim dövrlərdən bəri baş verib.

ISESCO-nun baş direktoru Əbdüləziz ət-Tüveyri dünyada baş verən terror aktlarına diqqət çəkib. O deyib ki, terrorçuların dini yoxdur, onlar sadəcə cinayətkarlardır: “Terrorizmə qarşı mübarizədə ən effektiv yol – təhsildir. Elm və təhsil bizə bu məsələdə kömək edə bilər. Təəssüf ki, terrorun baş verməsində, insanlar arasında düşmənçiliyi yaymaq istəyən qüvvələr var”.

Gürcüstanın sabiq prezidenti Georgi Marqvelaşvili Gürcüstan-NATO münasibətlərinə toxunaraq vurğulayıb ki, onun ölkəsi NATO-ya inteqrasiyada maraqlıdır.

İtaliya Prezidentinin keçmiş diplomatik müşaviri Antonio Zanardi Landi qeyd edib ki, hazırda hərbi ittifaqlar tənəzzül dövründədir: “NATO sadəcə hərbi bir ittifaq deyil, həm də bir dəyərdir. Biz bunu dərk etməliyik. Qeyd etməliyəm ki, artıq Şanxay Əməkdaşlıq Təşkilatı da öz siyasətinə dəyişikliklər etməkdədir”.

Panel müzakirələrlə davam etdirilib.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR